Süni mayalanma ilə bağlı təhlükə

Süni mayalanma ilə bağlı təhlükə
  29 Noyabr 2016    Oxunub:3145
“Bu gün suni mayalanma ilə bağlı həkim pediatrlarla mamaginekoloqlar arasında narazılıq var. Suni mayalanma zamanı ana bətnində bir neçə mayalanmış yumurtanın yeridilməsi həm ana, həm uşaq üçün risklidir”.
AzVision.az xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O, qeyd edib ki, ginekoloqlar suni mayalanma edərkən ana bətninə bir və ya iki mayalanmış yumurta yeridir.

“Həkim özünü sığrotalanmaq üçün ana bətninə bir neçə mayalanmış yumurta əlavə edir. Bu yumurtalar tutduqdan və inkişafa başlayandan sonra həkimlər onları götürə bilərlər. Çoxdöllülük həm ana, həm uşaq üçün risk fakforudur. Belə hamiləliklər 3-cü səviyyəli doğuşayardım komissiyasında həll olunmalıdır. Biz tərəfdarıq ki, belə hamiləliklər tək və ya əkiz olsun".

Baş pediatr qeyd edib ki, hamiləliklərdə sağlamlıq problemləri və risk faktorları digərlərindın daha yüksəkdir. "Bu məsələ zaman keçdikcə təkmilləşdirilməlidir. Həm hamiləlik dövründə, həm də doğuşdan sonra uşaqların sağlamlığı ilə bağlı risk faktorları olur".

N.Quliyev uşaqlarda müşahidə edilən su çiçəyi xəstəliyi ilə bağlı məsələyə toxunub: “Bizdə su çiçəyinə qarşı peyvənd olunmur. Su çiçəyi ilə bağlı mövcud vaksinlərdə fəsad görsənir. Buna görə də onların tətbiq edilməsində çətinlik çəkirik. Türkiyədə artıq bu vaksin tətbiq edilir. Amma Avropa ölkələrində vaksin edilmir. Biz hələ gözləmə mövqeyindəyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti