`İran ABŞ-a sanksiya tətbiq edəcək` - Xamenei

`İran ABŞ-a sanksiya tətbiq edəcək` - Xamenei
  23 Noyabr 2016    Oxunub:2440
İranın ali dini lideri Əli Xamenei bəyan edib ki, ABŞ-ın İrana qarşı sanksiyaların müddətini daha 10 il artırması nüvə razılaşmasının pozulması anlamına gəlir.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, dini lider İranın ABŞ-a cavab sanksiyaları tətbiq edəcəyini vurğulayıb.

“Hazırkı ABŞ hakimiyyəti dəfələrlə nüvə proqramı üzrə razılaşmanı pozub. Sonuncu dəfə onlar sanksiyaları 10 il müddətinə uzatdılar. Əgər onlar bunu etsələr, nüvə razılaşması birgə hərəkət planına zidd olacaq. İran cavab tədbirləri görəcək”, - deyə Xamenei bildirib.

Qeyd edək ki, noyabrın 4-də ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların bir il müddətinə uzadılması haqda qərar qəbul edib.

"Bizim İranla münasibətlərimiz hələ normal məcraya dönməyib. Bu səbəbdən 14 noyabr 1979-cu ildə elan olunan sanksiyalar rejimi 14 noyabr 2016-cı ildən sonra da davam etməlidir. Bununla əlaqədar mən İrana qarşı sanksiyalar rejiminin davam etdirilməsi barədə qərar qəbul etdim", - deyə Obama vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti