Mitinqin təhlükəsizliyi təmin olunacaq

Mitinqin təhlükəsizliyi təmin olunacaq
  16 Avqust 2013    Oxunub:1131
Milli Şuranın avqustun 18-nə təyin etdiyi icazəli mitinqə Bakı Şəhər Baş Polis İdarəsindən də reaksiya gəlib.
İdarənin rəis müavini, general-mayor Səhlab Bağırov bildirib ki, bazar günü keçirilməsi nəzərdə tutulan mitinqə icazə verildiyi üçün polis iştirakçıların təhlükəsizliyini təmin edəcək.


Onun sözlərinə görə, mitinq təyin olunduğu vaxtda və yerdə keçirilməlidir:

“Polisin vəzifəsi təhlükəsizliyi təmin etmək və qanunun aliliyini qorumaqdır. İştirakçıların da borcu odur ki, təyin olunmuş yerdən və vaxtdan kənara çıxmasınlar”.

Qeyd edək ki, Bakı meriyası Milli Şuranın 20-ci sahədə mitinq keçirməsinə icazə verib. Mitinq saat 17:00-dan 20:00-dək davam edəcək.(Qafqazinfo)



Teqlər:  





Xəbər lenti