Şəmkirdə ər arvadını döyüb - Video

Şəmkirdə ər arvadını döyüb  - Video
  22 Noyabr 2016    Oxunub:2114
Şəmkirdə döyülmə faktı qeydə alınıb.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində baş verib.

Kişvə Verdiyeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub və tibbi yardım göstərilib.

Kişvə Verdiyevanın vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti