Türkiyədə `böyük təmizləmə` - 15726 nəfər işdən qovuldu

Türkiyədə `böyük təmizləmə` - 15726 nəfər işdən qovuldu
  22 Noyabr 2016    Oxunub:1505
Türkiyə hökuməti iyulun 15-də baş verən dövlət çevirilişinə cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində Türk Silahlı Qüvvələri (ASK), Jandarm Baş Komandanlığı, Polis İdarələrində işləyən 15 min 726 dövlət işçisi vəzifəsindən kənarlaşdırılıb.
AzVision.az “Anadolu” agentlyinə istindaən xəbər verir ki, onların hamısı qərarnaməyə əsasən işdən azad olunublar.

Dövlətin təhlükəsizliyinə qarşı fəaliyyətdə olduğu təsbit edilən 550 dərnək, 19 özəl səhiyyə təşkilatı və 9 mətbuat orqanın da fəaliyyəti dayandırılıb.

Quru Qoşunları Komandanlığında 1 259, Dəniz Qüvvələri Komandanlığında 391, Hava Qüvvələri Komandanlığında 338, Jandarm Baş Komandanlığında 403 hərbi qulluqçu, Baş Polis İdarəsindən isə aralarında polis rəisi olmaqla 7 min 586 nəfər vəzifəsindən kənarlaşdırlıb.

Daha əvvəl vəzifəsindən kənarlaşdırılan 157 nəfər isə yenidən işinə qaytarılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti