Obama ABŞ-la Rusiyanın fərqini açıqladı

  21 Noyabr 2016    Oxunub : 1904
Obama ABŞ-la Rusiyanın fərqini açıqladı
Prezident Barak Obama ABŞ-ın dünyadakı rolunun Rusiya və Çindən necə fərqlənməsindən danışıb.
Bu barədə AzVision.az “Rosbalt”-a istinadən xəbər verir.

“Biz bütün problemləri həll edə bilmirik, əgər ABŞ düzgün olanın tərəfində deyilsə, bu mövqeni qorumursa, onda hər şey dağılır”, - deyə Obama Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin yekunlarından danışarkən bildirib.

Bu arada Obama ABŞ-ın dünyada əvəzsiz ölkə olduğunu bəyan edib: “Digər vacib ölkələr də var. Məsələn Çin. Lakin Çin iqlim dəyişikliyi üzrə Paris razılaşmasının imzalanması üçün 200 ölkəni bir araya toplamaq üzərində işləməyib. Rusiya olduqca böyük hərbi gücdür, lakin onlar fırtınadan sonra Haitinin bərpasında iştirak etmirlər. Biz isə edirik”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: