Azərbaycanlı turistlərə Misir xəbərdarlığı

Azərbaycanlı turistlərə Misir xəbərdarlığı
  16 Avqust 2013    Oxunub:1638
Misirə getməyin
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının bu ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən Misirə turist səfərlərinin təşkilini tövsiyə etmir.

AzVision.az xəbər verir ki, turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıb.

Misirdə vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti