Putin Obamanı Rusiyaya dəvət etdi

Putin Obamanı Rusiyaya dəvət etdi
  21 Noyabr 2016    Oxunub:1842
Rusiya prezidenti Vladimir Putin Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində amerikalı həmkarı Barak Obama ilə söhbət zamanı onu Rusiyaya dəvət edib.
AzVision.az `RİA Novosti` agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti bildirib.

“İllər boyu aramızda dialoqun asan olmaması və işlərimizin çətin getməsinə baxmayaraq, biz daim bir-birimizə hörmətlə yanaşmışıq. Mən birlikdə gördüyümüz işlərə görə, prezidentə təşəkkürümü bildirdim. Biz onu istənilən zaman Rusiyada görməyə şad olarıq”, - deyə Putin qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti