Türkiyə univeristetlərinə sənəd qəbulu başlayıb

Türkiyə univeristetlərinə sənəd qəbulu başlayıb
  16 Avqust 2013    Oxunub:1093
Türkiyənin özəl və dövlət universitetləri Bakıda sənəd qəbulu və tanıtım günləri həyata keçirəcək. AzVision.az-ın məlumatına görə, 17-18 avqust tarixlərində (Saat: 15:00 – 19:00) Hilton Bakı Hotelində təşkil ediləcək sərgidə valideynlər və abituriyentlər Türkiyənin ali təhsil ocaqlarının nümayəndələri ilə birbaşa görüşüb, onları maraqlandıran sualları verə biləcəklər.

Bundan əlavə universitetlərə birbaşa sənəd qəbulu da həyata keçirmək mümkün olacaq. TQDK imtahanlarından yüksək bal toplayanlara təqaüd və endirim imkanları, bundan əlavə, Türkiyədə qiyabi təhsil imkanları və digər məsələlər haqda məlumat veriləcək.

Sərgi Akademi Group (Study Abroad) tərəfindən təşkil olunub. Sərgidə Bahçeşehir Üniversiteti, Bezmialem Vakıf Üniversiteti, Fatih Sultan Mehmet Üniversiteti, İstanbul Aydın Üniversiteti, İstanbul Kültür Üniversiteti, Şehir Üniversiteti, Sabancı Üniversiteti, İzmir Üniversiteti, Yaşar Üniversiteti, Atatürk Unviersitetinin qiyabi təhsili təmsil olunacaq. Bundan əlavə, bir sıra dövlət universitetlərinə də Akademi Group tərəfindən konsultasiya və sənəd qəbulu aparılacaq.


Teqlər:





Xəbər lenti