Ərdoğan Gülənə görə Obamanı tənqid etdi

Ərdoğan Gülənə görə Obamanı tənqid etdi
  19 Noyabr 2016    Oxunub:2001
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Baydeni Suriya probleminin həllinə ciddi yanaşmadıqlarına görə tənqid edib.
AzVision.az-ın məlumatına görə, Ərdoğan CBS telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib ki, Suriyada davam edən müharibə Türkiyənin cənub sərhədləri üçün təhlükə yaradıb. O, qeyd edib ki, Ankaranın müdafiə imkanlarına mane olmaq Suriyadan olan üç milyon qaçqının Türkiyəyə sığınmasına səbəb olub:

“Biz bu problemə cavabdehik və bunu prezident Obama və vitse-prezident Baydenlə müzakirə etmişdik. Onlar isə bu məsələlərə ciddi yanaşmadı. Bu, bizim üçün çox üzücüdür”.

Türkiyə prezidenti müsahibə zamanı həmçinin Fəthullah Gülənin hələ də Türkiyəyə ekstradisiya edilmədiyinə görə ABŞ-ı tənqid edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti