Amerikalıların telefon danışığı dinləniləcək

Amerikalıların telefon danışığı dinləniləcək
  17 Noyabr 2016    Oxunub:3515
ABŞ hakimiyyəti Donald Trampın prezidentliyi dövründə vətəndaşların internetdə fəallığını və telefon danışıqlarını müəyyən formada izləməyi davam etdirəcək.

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Nümayəndələr Palatasının Milli təhlükəsizlik komitəsinin müşaviri Coan Ohara “Sputnik”ə açıqlamasında deyib:“Fəaliyyət proqramı bir neçə formada davam etdiriləcək”.

Mühacir məsələsinə toxuanan müşavir deyib: “Bu məsələ bir qədər mübahisəlidir və Konqresdə müzakirə mövzusu olacaq. Məndə belə təəssürat yaranıb ki, onlar (Trampın komanda üzvləri - red) yeni ideyalara açıqdırlar və ümumi mənzərəni həqiqətən başa düşmək istəyirlər. Bundan başqa onlar siyasi reallıqları və hansı məsələlərin narahatlıq doğurduğunu bilirlər”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti