Almaniya səfiri BANM-də olub
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkür etdi. Səfir BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini bildirdi. O, Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açdı. Görüşdə, o cümlədən universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim etdi. Səfir Ali Məktəbin “Fəxri qonaq” kitabına ürək sözlərini yazdı. Səfir BANM-in tədris auditoriyalarını gəzərək tələbə-müəllim heyəti ilə də görüşdü.
AzVision.az
Teqlər: