Əli Kərimlidən İsa Qəmbərə ağır şərt

Əli Kərimlidən İsa Qəmbərə ağır şərt
  16 Avqust 2013    Oxunub:1183
Ə.Kərimli seçkiyə qatıla biləcəyinin də mesajını verib.
Milli Şuranın vahid namizədi ilə bağlı yaranmış yeni situasiyadan qurumun necə çıxacağı son günlərin əsas suallarından biri olaraq qalır. Xüsusilə də avqustun 15-dək Rusiya vətəndaşlığı ilə bağlı problemlərin aradan qaldırılacağı ilə bağlı Rüstəm İbrahimbəyovun gözləntilərinin özünü doğrultmadığı şəraitdə Milli Şurada çoxlarının qəbul etmək istəmədiyi alternativ planla bağlı qərarın verilməsi zərurəti yaranıb.

AXCP sədri Əli Kərimli “Obyektiv.tv” internet televiziyasının “Xalq seçir” verilişində “Hətta Əli Kərimli İsa Qəmbərin namizədliyini dəstəkləyə bilər” sualının cavabında AXCP sədri deyib: “Ola bilər. Bu barədə İctimai Palatanın sessiyasında bəyanat da vermişəm. Əgər İsa bəy Milli Şuranın vahid namizədi olmaq istəsə, mən ona dəstək verməyə hazıram. Ancaq gərək hamının dəstəyini alsın”.

Ə.Kərimli İ.Qəmbərin Rəsul Quliyev və Lalə Şövkətin də razılığını almasını zəruri sayıb və qeyd edib ki, o, gərək 2 illik prezident olmaqla bağlı şərtlə də razılaşsın.

AXCP sədri daha sonra deyib ki, vahid namizəd kimi istənilən şəxsin üzərində dayanılmasını istisna etmir: “Mən heç kimi istisna etmirəm. Əlbəttə, səsvermə olmalıdır .

Ə.Kərimli seçkiyə qatıla biləcəyinin də mesajını verib: “Mən öz partiyamızın adından deyə bilərəm ki, biz bu kampaniyaya çox ciddi hazırıq. Təkbaşına 5-7 günə bütün 45 min imzanı toplamağa hazırıq. Bütün dairələrdə seçki qərargahları yaratmışıq. 10 mindən artıq könüllü səfərbər olunub, bunların hamısı rayon təşkilatlarımızda qeydiyyatdan keçib, 60-a qədər rayonda da təşəbbüs qruplarının yaradılması planlaşdırılıb. Adamların siyahısı da tutulub, sənədləri də toplaşıb, təşəbbüskarlar da müəyyən olunub ”.


Teqlər:  





Xəbər lenti