Millət vəkili Çöhrəqanlının qaytarılmasını pislədi

Millət vəkili Çöhrəqanlının qaytarılmasını pislədi
  16 Avqust 2013    Oxunub:1174
`Güney Azərbaycan azadlıq hərəkatının liderlərindən biri olan Mahmudəli Çöhrəqanlı və oğlunun Azərbaycana buraxılmaması çox ciddi yanlış addım hesab olunmalıdır`
AzVision.az xəbər verir ki, bu sözləri Facebook hesabında millət vəkili Fazil Mustafa yazıb:

O, qeyd edib ki, anlaşılan budur ki, rəsmi Azərbaycan İranla münasibətlərin indiki vəziyyətinə gərginlik əlavə etməmək üçün belə bir addımı məqsədəuyğun sayıb:

`Ancaq bütün hallarda daha mədəni bir forma düşünülə bilərdi. Ən azı xahiş oluna bilərdi ki, Bakıda olduğu müddətdə Azərbaycan-İran münasibətlərinə xələl gətirəcək açıqlamalar verilməsin. Bununla belə, Mahmudəli bəyin ölkəyə gəlişini planlaşdıranlar da belə bir xoşagəlməz durumun ortaya çıxmaması üçün əvvəlcədən rəsmi məqamlarla bütün mümkün nəticələri müzakirə edib dəqiqləşdirməli idilər. Çünki, bu hadisə bir neçə ciddi neqativ nəticə ortaya çıxardı: Birinci, Azərbaycan dövləti İranda yaşayan soydaşlarımızın taleyinə biganəlik göstərir. İkincisi, dövlət olaraq İranın arzulamadığı hər hansı bir addımı ata bilmirik. Üçüncüsü, Güney Azərbaycan Milli Hərəkatının nüfuzuna məhz özümüz ciddi zərbə vururuq. Bu halda ABŞ Konqresində bu məsələni gündəmə gətirməyimizin bir mənası qalmır`.



Teqlər:  





Xəbər lenti