Mursinin edam cəzası ləğv olundu

Mursinin edam cəzası ləğv olundu
  15 Noyabr 2016    Oxunub:2595
Bu gün Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam cəzasını ləğv edib.
AzVision.az RİA Novostiyə istinadən xəbər verir ki, məhkəmə Məhəmməd Mursi ilə bərabər, “Müsəlman qardaşları” hərəkatının bir sıra digər üzvləri barədə çıxarılmış ölüm hökmlərinin ləğvinə dair də qərar qəbul edib.

“Youm7” xəbər portalının məlumatına görə, işlə bağlı yeni araşdırma təyin olunub.

Qeyd edək ki, 2014-cü ildə Misir məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşları” hərəkatının daha 35 üzvünə ölüm hökmü verilməsi barədə qərar qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti