Timoşenko Ukrayna xalqını etirazlara çağırdı

  14 Noyabr 2016    Oxunub : 1550
Timoşenko Ukrayna xalqını etirazlara çağırdı
“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ukraynalıları Kiyevin mərkəzində fasiləsiz etiraz aksiyaları keçirməyə səsləyib.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Timoşenko Ali Radadakı çıxışında bildirib ki, Poroşenko hakimiyyətini yerinə oturtmaq lazımdır.

“Ukrayna prezidenti Pyotr Poroşenko və Milli Bank əslində korrupsiyanın dayağı olub, dövlət başçısı ölkədə əsas vəzifələrə özünün biznes tərəfdaşlarını təyin edib. Bu gün insanlar ədaləti bərpa edib hakimiyyəti yerində oturda bilər. Sabah səhərdən vətəndaşlar, o cümlədən pensiyaçılar qrivnanın məzənnəsinin aşağı düşməsinin, qiymətlərin artmasının əleyhinə, öz bank əmanətlərinin qaytarılmasının lehinə fasiləsiz aksiyaya çıxacaqlar”, - Timoşenko vurğulayıb.

AzVision.az

Teqlər: