Çöhrəqanlı Bakıda problemlə üzləşə bilər

Çöhrəqanlı Bakıda problemlə üzləşə bilər
  16 Avqust 2013    Oxunub:1194
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı bir neçə saatdan sonra Bakıda olacaq.

Ancaq Çöhrəqanlının Bakıya gəlişi problemlə üzləşə bilər. ABŞ-da mühacir həyatı yaşayan M.Çöhrəqanlı Azərbaycana gəlməkdən ötrü viza almaq üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət edib. Bir həftəlik gözləntidən sonra Azərbaycan səfirliyi M.Çöhrəqanlıya viza verməyib. Səfirlik tanınmış hərəkat rəhbərinə vizanı Bakı hava limanında almağı tövsiyə edib.

DAK sədri Sabir Rüstəmxanlı Turan-ın müxbiri ilə söhbətində bildirib ki, xoşagəlməz durumun yaranmaması üçün yüksək vəzifəli məmurlarla danışıqlar aparır.

2006-cı ildə doktor Çöhrəqanlı İranın təzyiqlərilə əvvəlcə Türkiyəyə gələrkən oradan deportasiya edilib. Türkiyədən Azərbaycana gələn hərəkat lideri elə həmin gün ölkədən deportasiya olunub. 2012-ci ildə Türkiyə tərəfi M.Çöhrəqanlını tədbirdə iştirak üçün ölkəyə buraxmayıb.

DAK rəhbərliyi 2006-cı il hadisələrinin yenidən təkrarlana bilməsindən ehtiyat etdiyini nəzərə çatdırıb.(turan)



Teqlər:  





Xəbər lenti