Tramp 3 milyon nəfəri ABŞ-dan qovacaq

Tramp 3 milyon nəfəri ABŞ-dan qovacaq
  14 Noyabr 2016    Oxunub:5242
“Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək”.
Bunu ABŞ prezidenti seçilən Donald Tramp “CBS” telekanalına müsahibəsində bəyan edib.

“ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində qeyri-qanuni yaşayanlardan gedir”, -deyə D.Tramp bildirib.

O, həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti