`ASAN Akademiya`layihəsi bağlandı - Fotolar

`ASAN Akademiya`layihəsi bağlandı - Fotolar
  12 Noyabr 2016    Oxunub:3593
12 noyabr 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü ilə həyata keçirilən "ASAN Akademiya" layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, layihə müddətində psixoloji hazırlıq, biznesin təşkili, şəxsi inkişaf və s. mövzularda keçirilən təlim və praktiki məşğələlər gənclərin gələcək karyeralarının formalaşması və fərd olaraq yetişməsində böyük rol oynayacaq.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev layihənin əhəmiyyətindən danışaraq, ASAN könüllülərinin hər zaman gənclərin maarifləndirilməsi və onların dünyagörüşün formalaşdırılması üçün müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb. O, bu istiqamətdə Gənclər Fondu və ASAN könüllülərinin birgə əməkdaşlığından məmnun oluğunu bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını və cəmiyyətdə layiqli yer tutması üçün bu cür layihələrin müstəsna rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüsal Hüseynov gənclərin özlərini iş və ictimai həyat standartlarına görə inkişaf etdirmələrində “ASAN Akademiya” layihəsinin rolunun danılmaz olduğunu bildirib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev çıxış edərək qeyd edib ki, Azərbaycan gənclərinin bu cür layihələrdə iştirakı onların şəxsi inkişafı və ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edir.

Tədbirin sonunda layihədə iştirak etmiş gənclər diplom və hədiyyələr ilə təltif olunublar.

Qeyd edək ki, “ASAN Akademiya” layihəsinə müraciət etmiş 555 nəfərdən seçilmiş 36 gənc layihəni uğurla başa vuraraq məzun olublar.













AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti