Məktəb direktoru müəllimi döydü

Məktəb direktoru müəllimi döydü
  12 Noyabr 2016    Oxunub:5290
Gədəbəydə döyülmə faktı qeydə alınıb.
Hadisə rayonun Çobankənd kəndində qeydə alınıb. Kənd orta məktəbin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb. Müxtəlif bədən xəsarətləri alan müəllim dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alan müəllimin qardaşının verdiyi məlumata görə Q. Əliyev məktəb direktorundan uzun ildir çalışdığını üçün onun dərs saatını artırmağı xahiş edib. Lakin direktor onu çölə çıxararaq döyüb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti