Parlament jurnalistləri bayraq aksiyası keçirib- Fotolar

Parlament jurnalistləri bayraq aksiyası keçirib- Fotolar
  10 Noyabr 2016    Oxunub:2781
Parlament Jurnalistləri Birliyinin (PJB) 20-ə yaxın üzvü şimal-qərb bölgəsində olublar.
AzVision.az-ın məlumatına görə, tədbir Milli Məclisin Balakəndən seçilən üzvü Nəsib Məhəməliyev və Parlament Jurnaslitləri Birliyinin təşkilatçılığı ilə baş tutub.



Hər il ənənəvi olaraq 9 noyabr - Dövlət Bayrağı Günü PJB üzvləri tərəfindən qeyd edilir.
Bu il də davam etdirilən ənənəvi səfərdə məqsəd Dövlət Bayrağı Gününün bölgələrdə geniş təbliğatını aparmaq, insanların bu barədə bilgilərini artırmaqdan ibarətdir.

Jurnalistlər səfər çərçivəsində Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, İsmayıllı bölgələrində 2 minə yaxın bayraq paylayıblar.





Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti