`Hillari Klintonla fəxr edirəm` - Obama

`Hillari Klintonla fəxr edirəm` - Obama
  10 Noyabr 2016    Oxunub:2755
ABŞ prezidenti Barak Obama bildirib ki, o, Hillari Klintonla fəxr edir.
"RİA Novosti" xəbər verir ki, bu barədə o, Ağ Evdəki çıxışında bildirib.

Obama qeyd edib ki, o, Klintonun namizədliyinin dövlət başçısı postuna irəli sürülməsini və prezident seçkilərində iştirak etməsini tarixi hadisə hesab edir.

"Bir gün əvvəl Klintonla danışdım. Mən onunla və Hillari Klintonun dövlət qarşısındakı xidmətləri ilə fəxr edirəm", – deyə Obama qeyd edib.

Onun sözlərinə görə, Hillari Nyu-York ştatından çox gözəl senator və ən yaxşı dövlət katibi olub: "Onun prezidentliyə namizədliyi tarixi hadisə oldu və bu, ölkənin bütün qızları üçün siqnal rolunu oynadı".

AzVision.az


Teqlər:  





Xəbər lenti