Tramp Obamanın zənginə cavab verməyib

Tramp Obamanın zənginə cavab verməyib
  09 Noyabr 2016    Oxunub:4577
Amerika prezidenti Barak Obama yeni seçilən prezident Donald Trampı təbrik etmək üçün ona zəng edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Trampın seçki kampaniyasının meneceri bildirib.

Qeyd olunub ki, Tramp Obamanın zənginə cavab verə bilməyib. Çünki, Tramp həmin vaxt qələbə çıxışı edirmiş. Daha sonra Tramp özü Obamaya zəng edib.

Tərəflərin telefonda mehriban formada danışdıqları qeyd edilib.

Faktı təsdiq edən Ağ evin mətbuat katibi Coş Ernest bildirib ki, Obama xələfi ilə görüşəcək.

Qeyd edək ki, Donald Tramp Obamadan prezidentlik kürsüsünü gələn ilin 20 yanvar tarixində təhvil alacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti