Orduda Bayraq günü qeyd olunub - Fotolar

  09 Noyabr 2016    Oxunub : 2484
Orduda Bayraq günü qeyd olunub - Fotolar
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin göstərişinə əsasən bayramla əlaqədar təsdiq olunmuş plan üzrə tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilib.

Həmçinin müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.

AzVision.az

Foto


Teqlər: