ABŞ-ın yeni birinci xanımı - Fotolar

ABŞ-ın yeni birinci xanımı - Fotolar
  09 Noyabr 2016    Oxunub:53780
ABŞ-da keçirilən seçkilərdə Respublikaçı Donald Tramp qalib gəlib.

AzVision.az xəbər verir ki, Trampın qələbəsi ilə ABŞ-ın yeni birinci xanımı məlum olub. Belə ki, Melaniya Tramp Amerikanın 4 il ərzində birinci xanımı statusunu daşıyacaq.

Melaniya Tramp təkcə ABŞ-da deyil, dünyaca məşhur simadır.

1970-ci ildə Sloveniyanın Sava bölgəsində, Sevnisa şəhərində anadan olan Melaniya Knausun atası Viktor Knaus əslən Radeçe şəhərindən, anası Amaloiya isə Sevnisa kəndindəndir.

Lyublyana Universitetinin memarlıq və dizayn fakültəsini başa vuran Melaniya model karyerasına başlayıb.

Qeyd edək ki, Tramp onu ilk dəfə 1998-ci ildə Nyu-Yorkda görüb.

Tramp və Knaus cütlüyü 2004-cü ildə nişanlanıb, 2005-ci ilin yanvarın 22-də evləniblər. Toy Florida ştatındakı Palm-Biç şəhərində, nikah isə həmin şəhərdəki Bethesda-by-the-Sea kilsəsində baş tutub.

Knausun gəlinlik paltarının 200 min dollar dəyərində olması o zaman geniş müzakirələrə səbəb olmuşdu.

Onların 2006-cı ildə Baron adlı övlarları dünyaya gəlib.

45 yaşlı Melaniya Tramp bundan öncəki çıxışlarında bildirmişdi ki, əgər həyat yoldaşı prezident seçilərsə, o, Betti Ford və ya Ceki Kennedi təki "ənənəvi, mühafizəkar" birinci xanım olacaq.





























Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti