Gəncədə Bayraq Festivalı keçirilib

Gəncədə Bayraq Festivalı keçirilib
  08 Noyabr 2016    Oxunub:1846
Gəncə şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Nizami yurdunda Dövlət Bayraq Günü münasibəti ilə III Bayraq Festivalı keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Millət Vəkilləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi “Bayraq Meydanı”nda təşkil olunan tədbir ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında dediyi sitat ilə başlayıb.

Festivalda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Dövlət Bayrağı haqqında video-çarx nümayiş edilib. Dövlət Rəqs Ansamblı qrupunun ifasında “Misiri”, “Atəşgah” və başqa rəqslər ifa olunub. Gənc mügənni Xəyyam Mustafazadə Müslim Maqomayevin “Ey əziz anam, Azərbaycan” mahnısını ifa etdikdən sonra Prezident İlham Əliyevin Azərbaycan bayrağı haqqında söylədiyi sitat səslənib. Musiqi sədaları altında hərbçilər tərəfindən göstərilən tamaşa iştirakçıların marağına səbəb olub.

Bəxtiyar Vahabzadənin “Bayraq”, Cəfər Cabbarlının “Azərbaycan bayrağı”, Nəriman Həsənzadənin “Azərbaycan” və Məmməd Arazın “Azərbaycan dünyam mənim” şerlərinin oxunması ilə yanaşı festivalda Nicat Cəfərzadə - “Anam mehribanım, Azərbaycanım”, Tural Abdullayev “Gəncə”, Ayaz Qasımov Polad Bülbüloğlunun “Azərbaycan”, Kənan Qədimov “Ey vətən”, Abbas Bağırov “Yaşa, yaşa, mənim xalqım” mahnılarını ifa ediblər.

Mübariz Tağıyevin ifasında mahnılar səsləndirilib. Bununla yanaşı fidan balalar “Azərbaycan” şerini söylədikdən sonra festivalda Səməd Vurğunun “Azərbaycan” şeiri və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şerləri söylənilib.

Azərbaycana, Gəncəyə, Bayrağa və vətənpərliyə həsr olunmuş mahnıların səsləndirildiyi, şerlərin söyləndiyi festival Dövlət Rəqs Ansamblı qrupunun ifasındakı rəqs nömrəsi ilə yekunlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti