Atambayev generalı işdən çıxardı

Atambayev generalı işdən çıxardı
  08 Noyabr 2016    Oxunub:1518
Qırğızıstan prezidenti Almazbek Atambayev Müdafiə işləri üzrə Dövlət komitəsinin sədri Marat Kenjisariyevin işdən çıxarılması barədə fərman imzalayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, generalın istefaya göndərilməsinin səbəbi barədə məlumat verilmir.

General-mayor Marat Kenjisariyev 2015-ci ilin sentyabrından müdafiə idarəsinin rəhbəri vəzifəsində çalışıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti