`Qarabağ uğrunda Birlik`: Möhtəşəm motivasiya VİDEOSU

`Qarabağ uğrunda Birlik`: Möhtəşəm motivasiya VİDEOSU
  07 Noyabr 2016    Oxunub:190554
AzVision.az Qarabağa qayıdış mövzusundakı ikinci motivasiya videosunu təqdim edir. Bu, Bayraq Günü ərəfəsində oxucularımıza və bütün xalqımıza bir hədiyyədir.

Yada salaq ki, ötən il təqdim etdiyimiz və böyük maraqla qarşılanan birinci motivasiya videosu məqamı yetişəndə Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı ildırım sürətilə geri qaytara biləcəyindən bəhs edirdi. İkinci videoda isə hərbiçilərin yox, sadə insanların bunun üçün nələr etdikləri qabardılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan videoçarx vasitəsilə çatdırılan mesaj budur ki, Azərbaycanın hər bir vətəndaşı gördüyü işi ilə əslində ölkəmizin güclənməsinə və torpaqlarımızın qayıtmasına xidmət edir. Qoca nənə öz duası, həkim xilas etdiyi həyatlar, müəllim yetişdirdiyi şagirdlər, məmur gördüyü işlər, ana böyütdüyü övlad ilə dolayısıyla həm də işğal olunmuş ərazilərimizin qaytarılması üçün çalışır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bütün xalq elə bir ordudur və bütün işlərimiz Qarabağ üçündür!

AzVision.az-ın ideyası əsasında videoçarxı rejissor Fuad Əlişov çəkib. Kadr arxasında səslənən şeirin müəllifi Aqşin Yeniseydir.



AzVision.az


Teqlər:





Xəbər lenti