Polis idarəsində damarlarını doğradı - Bakıda olay

Polis idarəsində damarlarını doğradı - Bakıda olay
  05 Noyabr 2016    Oxunub:3273
Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə saxlanılan 1989-cu il təvəllüdlü Vaqif Novruzov çarpayının dəmir ayaqlarını çıxararaq damarlarını doğrayıb.

Yaralıya lazımı tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti