`Ərdoğanı başa düşmürəm` - Ştaynmayerin cavabı

`Ərdoğanı başa düşmürəm` - Ştaynmayerin cavabı
  04 Noyabr 2016    Oxunub:2163
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Mən Almaniyanın gələcəyini görmürəm. Bu ölkə terrorçuların məskəninə çevrilib” sözlərinə münasibət bildirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Ştaynmayer ölkəsinə qarşı Ərdoğan tərəfindən səsləndirilən ittihamları qəbul etməyib: “Prezident Ərdoğanın Almaniyanın təhlükəsizlik vəziyyəti haqqında sözlərini başa düşmürəm. Almaniya Türkiyə ilə yaxın və konstruktiv əlaqə qurmaq istəyir”.

Ştaynmayer iki ölkə arasında münasibətləri düzəltmək üçün Türkiyəyə səfər etmək istədiyini, ancaq görüş barədə cavab almadığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti