Obama İrana qarşı sanksiyaları uzatdı

Obama İrana qarşı sanksiyaları uzatdı
  04 Noyabr 2016    Oxunub:1267
ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların bir il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Obamanın Ağ Ev tərəfindən açıqlanan məktubunda bildirilir.

"Bizim İranla münasibətlərimiz hələ normal məcraya dönməyib. Buna görə də 14 noyabr 1979-cu ildə elan olunan sanksiyalar rejimi 14 noyabr 2016-cı ildən sonra da davam etməlidir. Bununla əlaqədar mən İrana qarşı sanksiyalar rejiminin davam etdirilməsi barədə qərar qəbul etdim", - deyə Obamanın məktubunda vurğulanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti