Avtobus yük maşını ilə toqquşub - Fotolar

Avtobus yük maşını ilə toqquşub - Fotolar
  02 Noyabr 2016    Oxunub:1792
Bakı-Quba yolunda sərnişin avtobusu ilə yük maşını toqquşub.
AzVision.az ARB Şimal-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhəddi yolunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə magistralın 128-ci km-də, Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan Aydın Qasımovun idarə etdiyi 27 AC 622 dövlət nömrə nişanlı “Hyundai” markalı sərnişin avtobusu ilə Samux rayon sakini 1979-cu il təvəllüdlü Vüqar Hümbətovun idarə etdiyi 99 XP 579 qeydiyat nişanlı “Ford” markalı yük maşını toqquşub. Qəza nəticəsində bir nəfər 20 yaşlı Siyəzən sakini Bəşirov Rəhim Suliddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı bağlı araşdırma aparılır.





AzVision.az


Teqlər:  





Xəbər lenti