Azərbaycanda şagid şagirdi bıçaqladı

Azərbaycanda şagid şagirdi bıçaqladı
  01 Noyabr 2016    Oxunub:2324
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
AzVision.az "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, qanlı olay Yeni Həyat kəndində qeydə alınıb. 16 yaşlı məktəbli Ceyhun Məmmədov təhsil aldığı məktəbin yaxınlığında 11-ci sinif şagirdi tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yeniyetmə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. İlkin ehtimala görə, bıçaqlanma hadisəsini törədən məktəbli məktəbə avtomobillə gəlib. 16 yaşlı yeniyetməndən maşını park etmək istədiyi ərazidən çəkilməsini istəyib. İstəyinə rədd cavabı aldıqda isə onun sağlamlığına qəsd edib.

Bıçaqlanma hadisəsini törədən şəxsin axtarışları aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti