Güclü daşqınlar gözlənilir

Güclü daşqınlar gözlənilir
  31 Oktyabr 2016    Oxunub:1346
Malayziyanın xilasetmə xidməti ölkənin şərqində güclü daşqınların gözlənildiyi barədə xəbərdarlıq yayıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, daşqınlar nəticəsində 100 mindən çox insan zərər çəkə bilər. Oktyabrın 31-də “The Star” qəzetinin yazdığına görə, vəziyyət noyabrın ortalarında, yağışlı günlər başladıqdan sonra ağırlaşacaq.

Pahanq ştatında yerli hakimiyyət orqanları qaçqınların yerləşdirilməsi üçün artıq 700-dən çox müvəqqəti sığınacaq yaradıb və onların sayının ehtiyac yaranacağı təqdirdə artırılacağı bildirilir. Noyabrın ikinci yarısında başlanacaq yağışlı hava şəraitinin yanvara qədər davam edəcəyi təqdirdə, bir çox rayonlarda güclü daşqınlar və torpaq sürüşmələri gözlənilir.

Ölkənin digər ştatlarında da gözlənilən yağışlı hava şəraiti ilə bağlı hazırlıq işləri aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti