Xəstə müəllimin evini soydular - Video

Xəstə müəllimin evini soydular - Video
  29 Oktyabr 2016    Oxunub:2386
Təxminən iki həftə əvvəl Tovuz sakini Rəqiyyə Cəbiyevanın evindən oğurluq edən şəxslər saxlanılıb.
Paytaxta müalicəyə gedən müəllimənin evi bir müddət sahibsiz qalır. Fürsəti fövtə verməyən "qəhrəmanlar" qadının evində qiymətli əşya, pul olduğunu zənn edib plan qursalar da, qənimətləri yalnız bahalı televizor olub. Onu da 100 manata satıb pulunu yarı bölüblər. Amma Tovuz polisi oğruların çox sevinməklərinə imkan verməyib.

İlqar Abdullayev- müstəntiq: “Aparılmış istintaq zamanı müəyyən edilib ki, həmin cinayət əməlini Tovuz şəhər sakinləri - əvvəllər oğurluq etdiyi üçün iki dəfə məhkumluq həyatı yaşayan Həsənov Emin Yurik oğlu və Əsgər Tural Fikrət oğlu törədiblər”.

Emin Həsənov asan yolla pul qazanmağa bir növ adətkar olsa da, bu, Tural Əsgərovun ilk cinayət əməlidir.

Tural Əsgərov- saxlanılan şəxs: “3-4 dəfə küçə ilə keçdik. Gördük evdə heç kim yoxdur”.

Emin Həsənov- saxlanılan şəxs: “Mənim axırıncı dəfəmdir. Söz verirəm. Tövbə edirəm”.

Müstəntiq qarşısında artıq üçüncü dəfədir tövbə edən Emin Həsənov, iki uşaq atasıdır. 32 yaşlı Tural Əsgərov isə subayır və ailənin yeganə övladıdır. Müəllimənin evindən oğurluq edən Tovuz sakinlərinə ən yaxşı dərsi qanun verəcək. (ARB)



AzVision.az


Teqlər:





Xəbər lenti