TQDK birazdan müsabiqə nəticələrini açıqlayacaq

TQDK birazdan müsabiqə nəticələrini açıqlayacaq
  14 Avqust 2013    Oxunub:1245
Magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 14-də saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdiriləcək.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri məlumdur.

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 14-də saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdiriləcək.

Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.

Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib.

Müsabiqə nəticəsində onlardan 643 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

Qəbul olan bakalavrların siyahısı avqustun 15-də “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2013-cü il avqustun 19-dan 28-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

AzVision.az




Teqlər:  





Xəbər lenti