`Türkiyə ilə işləməyə hazırıq` - Kerri

`Türkiyə ilə işləməyə hazırıq` - Kerri
  28 Oktyabr 2016    Oxunub:1537
ABŞ Suriyadakı vətəndaş müharibəsi və qaçqın problemi kimi mühüm məsələlərin həlli üçün Ankara ilə işləməyə hazırdır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri 29 Oktyabr - Türkiyə Cümhuriyyətinin elanı Günü münasibəti ilə Türkiyə xalqına ünvanlandığı təbrikdə bildirib.

Kerri qeyd edib ki, Türkiyədə bir müddət əvvəl törədilən terror aktlarının fonunda bu səylər xüsusi aktuallığa malikdirlər: “ABŞ ədalət, təhlükəsizlik və sabitlik naminə Türkiyə və digər tərəfdaş ölkələrlə bu problemləri həll etməyə hazırdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti