Türkiyə bir gündə 5 şəhid verdi

Türkiyə bir gündə 5 şəhid verdi
  28 Oktyabr 2016    Oxunub:1112
Bu gün Türkiyədə 5 əsgər və 1 kənd qoruyucusu şəhid olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Bingöl rayonunun Kiğı qəsəbəsində partlayıcı qurğu hərbi maşın keçərkən partladılıb, 1 əsgər şəhid olub.

Siirtin Kurtalan qəsəbəsində isə əsgərlərin növbədə olduğu posta ildırım düşməsi nəticəsində 1 əsgər həyatını itirib, 1 əsgər yaralanıb.

Üçüncü qara xəbər Hakkari rayonunun Çukurça qəsəbəsindən gəlib. Güven dağı bölgəsində PKK terrorçularının qumbaraatanlardan açdığı atəş nəticəsində 1 əsgər şəhid olub, həmin bölgədə minaya düşən əsgər ağır yaralanıb. Döyüşdə 5 terrorçu zərərsizləşdirilib.

Diyarbəkir rayonunun Hani qəsəbəsində isə PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Nəhayət, Batman rayonunda Mava dağı bölgəsində PKK terrorçuları ilə atışma zamanı əsgərlərlə birlikdə döyüşən kənd qoruyucularından biri həyatını itirib.

AzVision.az


Teqlər:





Xəbər lenti