Atambayev `Boz kardinal`ı işdən çıxardı

Atambayev `Boz kardinal`ı işdən çıxardı
  27 Oktyabr 2016    Oxunub:2186
Qırğızıstan prezidenti Almazbek Atambayev müşaviri İkramjana İlmiyanovu vəzifəsindən azad edib.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İlmiyanovun müşavir postundan kənarlaşdırılmasına səbəb başqa bir vəzifəyə keçməsi ilə bağlıdır.

İlmiyanov Atambayevin ən yaxın adamlardan hesab olunur. O, müxtəlif dövrlərdə baş nazir, prezident administrasiyası rəhbərinin müavini vəzifələrini tutub. Mətbuatda o , qırğız siyasətinin “Boz kardinal”ı olaraq təqdim olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti