Antalyada partlayış, 12 yaralı - Fotolar (Canlı yayım)

Antalyada partlayış, 12 yaralı - Fotolar (Canlı yayım)
  25 Oktyabr 2016    Oxunub:4788
Antalyada baş verən partlayış zamanı 12 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Antalya Böyükşəhər Bələdiyə rəhbəri Menderes Turel bildirib.

“Partlayış nəticəsində 10-12 nəfər yüngül dərəcəli xəsarət alıb. Onların həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə Turel bildirib.

***
10:38

Türkiyənin Antalya şəhərində ticarət-sənaye palatasının yağınlığında güclü parltayış baş verib.

Bu barədə AzVision.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir.

Hələlik hadisə nəticəsində ölən və yaralıların olub-olmaması barədə məlumat yoxdur.

Partlayışın baş verdiyi yerə təcili tibbi yardım maşınları cəlb olunub.

Polis hazırda ərazidə ikinci bombanın olub-olmaması barədə araşdırmalar aparır







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti