Fransada polislər etiraza qalxdı

Fransada polislər etiraza qalxdı
  23 Oktyabr 2016    Oxunub:1830
Bu gün Fransanın Marsel şəhərində 200 polis aksiya keçirib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, polislər əmək haqlarının artırılmasını və boş ştatlara əməkdaşların götürülməsini tələb ediblər.

Polislər şübhəlilərin saxlanılmasından sonra aparılan məhkəmə araşdırmasından da narazılıqlarını bildiriblər. Bir çox polis aksiyaya ailəsi ilə birlikdə gəlib. Aksiya zamanı hər hansı insident yaşanmayıb.

Oktyabrın 26-da Marseldə polislərin daha böyük aksiyasının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Fransada polislərin ilk aksiyası ötən bazar ertəsi keçirilib. Buna səbəb oktyabrın 8-də Viri-Şatiyon kommunasında baş verən olay səbəb olub. Viri-Şatiyon kommunasında 15 gəncdən ibarət qrupa müdaxilə edən polislərdən biri bıçaq yarası alıb. 28 yaşlı polis əməkdaşı hazırda Parisdəki xəstəxanada süni komadadır. Bununla əlaqədar ötən cümə günü yüzlərlə polis Baş Polis İdarəsinin qarşısına toplaşıb, özünümüdafiə vasitələri ilə yetərincə təchiz olunmamalarına etirazlarını bildiriblər. Anoloji aksiyalar Fransanın digər şəhərlərində də keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti