Şəmkirdəki qatar qəzasının görüntüləri - Video

Şəmkirdəki qatar qəzasının görüntüləri - Video
  19 Oktyabr 2016    Oxunub:1864
Şəmkirdə Gürcüstandan Bakıya yük aparan qatar qəzaya uğrayıb.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, Hadisə bu gün saat 12.30 radələrində Zəyəm Dəmiryolu Stansiyasının ərazisində baş verib.

Gürcüstan-Bakı marşrutu üzrə hərəkət edən qatarın 4 vaqonu relsdən çıxaraq aşıb. Baş vermiş hadisə digər qatarların hərəkətinə də maneə törədib.

Hazırda qatarlar bir yolla hərəkət edirlər. "Azərbaycan Dəmiryolları" QSC-nin müvafiq struktur bölmələri qəzanın fəsadlarının aradan qaldırılmasına çalışırlar.




Teqlər:





Xəbər lenti