Həbsxanada dəhşətli qiyam: 25 ölü

Həbsxanada dəhşətli qiyam: 25 ölü
  17 Oktyabr 2016    Oxunub:11085
Braziliyanın Bao-Vista şəhərində həbsxanada baş verən qiyam zamanı ən azı 25 nəfər ölüb.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, həbsxanada qiyam məhbusların yaxınlarının onları ziyarət etdiyi vaxt başlayıb. Qiyamçılar 100-ə yaxın ziyarətçini girov götürüb.

“BBC” xəbər verir ki, hadisə nəticəsində qiyamçılar ən azı 7 nəfərin başı kəsib, 6 nəfərin cəsədi isə yandırılıb.

“Folha de Boa Vista” nəşri yazır ki, türmədə qiyama səbəb Rio –de –Janeyro və San-Paulu –dan olan iki böyük narkotik ticarəti ilə məşğul olan qrup arasında toqquşma olub.

Ştat rəhbərliyi qarşıdurmanın qarşını almaq üçün hadisə yerinə xüsusi təyinatlılar göndərib. Ötən gün axşam saatlarında onlar həbsxana ərazisinə daxil olaraq, əksəriyyəti qadınlar olan girovları azad ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti