Putin artıq Azərbaycandadır

 Putin artıq Azərbaycandadır
  13 Avqust 2013    Oxunub:1124
Rusiya prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlib.
AzVision.az interfax-a istinadən məlumat verir ki, Rusiya prezidentini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan dövlət nümayəndələri və digər rəsmilər qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq. Görüş zamanı iki tərəfli əlaqələr müzakirə ediləcək.

“Vladimir Putinin İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub. Bununla yanaşı, müxtəlif sahələr, eləcə də enerji, nəqliyyat sahələri ilə bağlı 5-6 müqavilənin imzalanması gözlənilir”,-deyə Rusiya Federasiyasının prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

İmzalanması nəzərdə tutulan sənədlər arasında Rusiya və Azərbaycan FHN-ləri arasında kompleks əməkdaşlıq planı da var.

“Danışıqlar zamanı prezidentlər gündəmdə olan beynəlxalq və regional məsələləri, Xəzər dənizinin hüquqi statusunu, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər”,-Uşakov deyib.

Putini müşahidə edən nümayəndə heyətinin tərkibinə Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, iqtisadi inkişaf naziri Aleksey Ulyu kayov, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov daxildir.


Teqlər:  





Xəbər lenti