Narkotiklərlə bağlı 9 ayın hesabatı

Narkotiklərlə bağlı 9 ayın hesabatı
  14 Oktyabr 2016    Oxunub:1526
Cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2628 fakt aşkar edilib.
AzVision.az-ın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun açıqladığı hesabatda əksini tapıb.

Qeyd olunub ki, onlardan 667-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1687-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 241-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 33-ü isə digərləri təşkil edib. Aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 962 kq 680,957 qr müxtəlif növ narkotik vasitələr və o cümlədən 21482 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 539 kq 047,989 qr marixuana (27,5%), 185 kq 605,73 qr tiryək (9,5%), 1 ton 172 kq 489,814 qr heroin (60%), 30 kq 112,649 qr həşiş (1,5%), 34 kq 863,637 qr digərləri (1,5%) və 561,138 qr psixotrop maddələr (11848 ədəd həb) təşkil edib.

Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 146 ton 179 kq 920,75 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə 1800 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı,11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 12-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti