Azərbaycan və Ermənistan deputatları görüşə bilər

Azərbaycan və Ermənistan deputatları görüşə bilər
  14 Oktyabr 2016    Oxunub:2729
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş təşkil etmək istəyir.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Azadlıq Radiosu”nun erməni bölməsi yayıb. Məlumata görə, Aqramunt iki ölkənin nümayəndə heyəti arasında təmasları davam etdirmək barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyanla görüşdə bildirib.

“Pedro Aqramunt bildirib ki, görüş barədə təşəbbüs AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında təmasların daha konstruktiv müstəvidə iş aparmaq imkanlarını müzakirə etmək üçündür” – deyə məlumatda deyilir.

Qeyd olunur ki, hazırkı AŞPA sədri Ermənistana səfər etmək istədiyini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti