İran Aşura günü böyük fəlakətdən qurtulub

İran Aşura günü böyük fəlakətdən qurtulub
  13 Oktyabr 2016    Oxunub:2751
İran xüsusi xidmət orqanları Aşura günü terror törətmək istəyən xarici terrorçulardan ibarət qrupu saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə IRIB telekanalına müsahibəsində İranın kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Ələvi deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 100 kq-dan artıq partlayıcı maddə və digər avadanlıqlar müsadirə edilib. Əməliyyat İranın cənubundakı Fars əyalətində həyata keçirilib.

Mahmud Ələvi əməliyyatın nə zaman keçirildiyini və saxlanılan şəxslərin hansı terorr qruplaşmasının üzvləri olması barədə məlumat verməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti