1500-dən çox insan qan verib - Yenilənib
***
Bu gün saat 10:00-dək Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında 1000-ə yaxın insan qan verib.
Bunu jurnalistlərə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, qanvermə aksiyasına saat 7-dən start verilib.
***
Aşurə günü ilə əlaqədar Azərbaycanın 15 məscidində qanvermə aksiyası başlayıb.
AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyininin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında artıq 400 nəfər qan verib.
Elmi Tədqiqat və Hemotologiya və Transfiziologiya İnstitunun direktoru Zöhrə Əlmirzəyeva bildirib ki, Təzəpir məscidində keçirilən qavermə aksiyasında əhalinin fəallığı hiss olunur.
Direktor qeyd edib ki, qan verməyə gələn insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.
Aytən Zəhra
AzVision.az