Məscidə silahlı hücum: 14 ölü, 30 yaralı (Yenilənib)

Məscidə silahlı hücum: 14 ölü, 30 yaralı (Yenilənib)
  12 Oktyabr 2016    Oxunub:29659
Oktyabrın 11-də naməlum şəxslər Əfqanıstanın paytaxtı Kabil şəhərində İmam Əli şiə məscidinə daxil olaraq ibadət edənlərə atəş açıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, atəş sonrası məsciddə partlayış baş verib.

İlkin məlumata görə, insident zamanı ölənlər və yaralananlar var. Hələlik onların sayı barədə məlumat verilməyib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerindəki insanları təxliyə edirlər.

Hadisəyə görə terror qruplaşmalarının heç biri məsuliyyəti üzərinə götürməyib.

***

Kabildə silahlıların ziyarətgaha hücumu nəticəsində 14 nəfər ölüb.

Bu barədə Əfqanıstan DİN məlumat yayıb. Məlumata görə, polis formasında olan üç silahlı “Saha məqbərəsi” adlandırılan ziyarətgaha hücum edərək oradakı möminləri gülləbaran edib. Hücum zamanı silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb.

Hücum zamanı rayon polis idarəsinin rəisi daxil olmaqla 30-dək şəxs yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti