Bu gün Putin Bakıya gəlir

Bu gün Putin Bakıya gəlir
  13 Avqust 2013    Oxunub:1323
Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlir.

Onunla gələn Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, həmçinin `Rosoboroneksport`un baş direktoru Anatoli İsaykin, Rostneft və Lukoil rəhbərləri İqor Seçin və Vahid Ələkbərov , Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlar üzrə rəhbəri İqor Brakçikov daxildir.

Bu gün müzakirələrin aparıldığı bir vaxtda Rusiyanın Xəzər donanmasını `Dağıstan və kiçik artilleriya gəmisi `Volqadonsk`da Bakıya dostluq səfəri edəcək.

Rusiya mətbuatının yazdığına görə, Putin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi, Xəzərin hüquqi statusu, həmçinin enerji və nəqliyyat sahələrində bəzi məsələlər müzakirə olunacaq. İki ölkənin FHN-i arasında kompleks əməkdaşlıq haqqında anlaçma imzalanacaq.

Qeyd edək ki, bu, Putinin Azərbaycana prezident kimi 4-cü səfəri olacaq. Sonuncu dəfə o, Bakıda 2007-ci ildə, Azərbaycanda Rusiya ilinin açılış mərasimində olub.


Teqlər:  





Xəbər lenti